02 Fevral 2026, 18:00
FUTBOL
"Verona" baş məşqçi Paolo Zanetti ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti yayıb.
43 yaşlı italyan məşqçi 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi. Ötən mövsüm o, komandanı A Seriyasında saxlaya bilmişdi.
Cari mövsümdə isə "Verona" 23 oyundan sonra cəmi 14 xal toplayaraq turnir cədvəlində sonuncu yerdədir.












