"Barselona"nın hücumçusu Rafinya zədə səbəbindən komandasının "Albasete" ilə Kral Kubokunun 1/4 final qarşılaşmasını buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyunçuya sağ budunda gərginləşmiş əzələ diaqnozu qoyulub. O, ehtiyat tədbiri olaraq kubok matçını buraxacaq və bir həftəlik bərpa dövrü keçirəcək.

Qeyd edək ki, bu mövsüm Rafinya kataloniyalıların heyətində bütün yarışlarda 22 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest