"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo komandasının Səudiyyə Ərəbistanı Premyer Liqasının 20-ci turunda, bazar ertəsi günü keçirilməsi planlaşdırılan "Əl-Riyad"la qarşıdakı oyununu buraxmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı hücumçunun hərəkətləri klub rəhbərliyinə və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) qarşı bir etiraz formasıdır. 41 yaşlı hücumçu PIF-in klubun idarəçiliyindən narazıdır.

Ronaldo komandaya investisiya qoyulmamasından şikayətlənir. Belə ki, qışda yeganə transfer 21 yaşlı iraqlı yarımmüdafiəçi Hayder Əbdülkərim olub.

Qeyd edək ki, PIF təxminən 925 milyard dollar aktivləri ilə dünyanın ən böyük fondlarından biridir. 1971-ci ildə dövlət vəsaitlərinə investisiya qoymaq üçün qurulan bu fond 2015-ci ildən bəri Şahzadə Məhəmməd bin Salmanın nəzarəti altındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest