02 Fevral 2026, 14:17
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Renn"in hücumçusu Məhəmməd-Kader Meyteni rənglərinə bağlayıb.
Matc.az xəbər verir ki, bu barədə Ər-Riyad klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, oyunçu "Əl-Hilal"la 3,5 illik müqavilə imzalayıb. Səudiyyə klubu Meytenin transferi üçün "Renn"ə 30 milyon avro ödəyib.
18 yaşlı Kader Fransanın Liqa 1-in ən böyük istedadlarından biri hesab olunur. Gənc yaşına baxmayaraq, hücumçu "Renn"in əsas heyətində 32 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Meyte Fransa milli komandasının U16, U17, U19 və U21 səviyyələrində çıxış edib.












