Hazırda Trabzonsporda icarədə olan "Mançester Yunayted"in qapıçısı Andre Onana İngiltərə klubunu birdəfəlik tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, oyunçunun özü hələ də "Mançester Yunayted"də özünü sübut etmək istəyindən əl çəkməyib, lakin klubdan ayrılacağı gözlənilir.

Kamerunlu futbolçunun nümayəndələrinin bu həftə bir sıra potensial müqavilələri, o cümlədən bu yay "İnter"ə mümkün qayıdışı müzakirə etmək üçün Milana uçduqları bildirilir.

Danışıqların uğursuz olmasının səbəblərindən biri onun maaşının ola biləcəyi qeyd olunur.

Qeyd edək ki, bu mövsüm Andre bütün yarışlarda 17 oyun keçirib, 27 qol buraxıb və 3 oyunda qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest