"Aston Villa"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı oyunçularından olan Yuri Tilemans sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi sağ ayağının topuğundan zədə alıb. 28 yaşlı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Yuri Tilemans bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 22 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest