27 Yanvar 2026, 16:45
FUTBOL
"Bornmut" "Latsio"nun qapıçısı Kristos Mandası icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Yunanıstanlı qolkiper mövsümün sonuna qədər Premyer Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Kristos Mandas bu mövsüm "Latsio"nun heyətində 1 rəsmi oyunda meydana çıxıb.












