"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.

Matc.az "qırmızı şeytanlar"ın müdafiəçisi Patrik Dorqu sıradan çıxıb.

Danimarkalı futbolçu Premyer Liqanın 23-cü turunun "Arsenal"la oyununda (3:2) diz bud əzələsindən zədə alıb. 21 yaşlı sol cinah müdafiəçisi təxminən 2,5 ay komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Patrik Dorqu bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 24 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest