Braziliyalı sabiq futbolçu Rafinyanın yeni iş yeri məlum olub.

Matc.az xəbər verir ki, veteran müdafiəçi ölkəsində çalışacaq.

Braziliya millisinin sabiqq üzvü "San Paulo"nun idman direktoru vəzifəsinə təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Rafinya futbolçu karyerası ərzində "Koritiba", "Şalke", "Cenoa", "Bavariya", "Flamenqo", "Olimpiakos", "Qremio" və "San Paulo"nun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest