“Real” “Betis”in müdafiəçisi Natanla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Braziliyalı futbolçunu “Çelsi” və “Nyukasl” klubları da yaxından izləyir. “Betis” rəhbərliyi Natanın transfer dəyərini 40–50 milyon avro aralığında müəyyənləşdirib. Sevilya təmsilçisi ilə 23 yaşlı mərkəz müdafiəçisinin mövcud müqaviləsi 2030-cu ilin iyununadək qüvvədədir.

Natan cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest