27 Yanvar 2026, 12:16
FUTBOL
PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Liqa 1 nəhəngi "Barselona"dan Dro Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ ispaniyalı hücumameyilli yarımmüdafiəçi üçün onun klubuna 8 milyon avro təzminat ödəyib. 18 yaşlı oyunçu ilə 4,5 illik müqavilə imzalanıb.
Dro Fernandes "Barselona"nın yetirməsidir. Gənc futbolçu bu mövsüm Kataloniya təmsilçisinin əsas komandasının heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib.












