27 Yanvar 2026, 11:58
FUTBOL
"Yuventus" və "Arsenal"ın sabiq futbolçusu Ştefan Lixtştayner "Bazel"in baş məşqisi vəzifəsinə təyin olunub.
Matc.az xəbər verir ki, bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ştefan Lixtştayner İsveçrənin U-18 millisində köməkçi məşqçi, "Bazel"in akademiyasında baş məşqçi kimi çalışıb. Onun son iş yeri isə "Vettsvil" olub.












