27 Yanvar 2026, 11:26
FUTBOL
“Sumqayıt”ın sabiq hücumçusu Momo Yansane karyerasını Ermənistanda davam etdirəcək.
Matc.az xəbər verir ki, qvineyalı forvard “Pünik”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu “Omoniya”dan (Aradipu) ayrılaraq İrəvan klubu ilə 6 ay+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Momo Yansane ötən il “Sumqayıt”ın heyətində 14 oyun keçirib və 1 qol vurub.












_1769459131.jpg)