"Fənərbaxça" qış transfer dövründə heyətini bir hücumçu ilə gücləndirmək istəyir.

Matc.az xəbər verir ki, İstanbul nəhənginin gündəminə gələn futbolçulardan biri də “Tottenhem”in formasını geyinən Randal Kolo Muanidir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu fransalı forvardla maraqlanıb və transferi ciddi bir investisiya kimi reallaşdırmaq istəyib. Lakin hazırda bu keçid mümkün görünmür. “Tottenhem”in 27 yaşlı futbolçunu buraxmaq niyyətində deyil.

Kolo Muani bu mövsüm London klubunun forması ilə 23 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Tottenhem” 28 yaşlı oyunçunu yay transfer dövründə PSJ-dən icarə əsasında heyətinə qatıb. Hazırda bazar dəyəri 25 milyon avro olaraq göstərilən Kolo Muaninin transfer hüquqlarına sahib olan PSJ ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest