"Barselona" heyətinə gənc futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, İspaniya çempionu "Defensor Sportinq"də çıxış edən Patrisio Pasifikonun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniya təmsilçisi uruqvaylı sol cinah müdafiəçisini satınalma bəndi ilə icarəyə götürəcək. "Barselona" Uruqvay klubuna 1,8 milyon avro ödəməklə 19 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Patrisio Pasifiko bu mövsüm "Defensor Sportinq"in heyətində keçirdiyi 44 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest