26 Yanvar 2026, 23:54
FUTBOL
"Bavariya" Harri Keynlə müqavilənin uzadılması ilə bağlı birbaşa danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Münhen klubu ingiltərəli forvardın sözləşməsinin müddətini 2028 və ya 2029-cu ilin yayına kimi uzatmağı planlaşdırır. 32 yaşlı forvard özü də Almaniya təmsilçisində qalmağa isti yanaşır.
Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 30 oyunda 34 qol vurub, 4 qol ötürməsi edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin 30 oyun tarixinə kimi nəzərdə tutulub.





_1769459131.jpg)






