"Sinsinnati"nin hücumçusu Kevin Denke karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Napoli" toqolu forvardı transfer etmək istəyir. Neapol klubunun 25 yaşlı futbolçunun keçidini təxminən 25-30 milyon avroya reallaşdırmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Sinsinnati" Kevin Denkeni "Serkl Brügge"dən 2025-ci ilin yanvarında 13 milyon avroya transfer edib. Toqo millisinin üzvü MLS təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 18 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest