"Qalatasaray" "Alanyaspor"un yarımmüdafiəçisi Maestronu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi anqolalı futbolçu üçün onun klubuna 3 milyon avro pul və Ahmed Kutucunu təklif edib. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd eədk ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm "Alanyaspor"un heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest