"Everton" yarımmüdafiəçi Ceyms Qarnerlə uzunmüddətli yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq, əvvəlki müqavilə isə 2027-ci ildə başa çatmalı idi.

"Mançester Yunayted"in gənclər akademiyasının yetirməsi olan Qarner 2022-ci ildə "Everton"a qoşulub. Bu mövsüm dayaq yarımmüdafiəçisi bütün yarışlarda 25 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Transfermarkt" Qarneri 25 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest