21 Yanvar 2026, 09:20
FUTBOL
"Arsenal" UEFA Çempionlar Liqasının mərhələsinin 7-ci turunda "İnter"i 3:1 hesabı ilə məğlub edərək Avropanın ən nüfuzlu turnirində bütün zamanların klub rekorduna imza atıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Squawka" paylaşıb.
"Yopçular" tarixlərində ilk dəfə ardıcıl 7 Çempionlar Liqası oyununda qalib gəliblər. Bu matçlarda ümumi qol hesabı 20:2-dir.
Avropanın ən müfuzlu turnirində "İnter"lə qarşılaşmadan əvvəl "Arsenal" "Atletik" (2:0), "Olimpiakos" (2:0), "Atletiko" (4:0), "Slaviya" (3:0), "Bayariya" (3:1) və "Brügge"ni (3:0) məğlub edib.
Qeyd edək ki, "Arsenal" 21 xalla Çempionlar Liqasının turnir cədvəlinə başçılıq edir. Bu oyundan sonra "İnter" 12 xalla doqquzuncu yerdədir.












