"Beşiktaş"ın yarımmüdafiəçisi Demir Ege Tıknaz karyerasını Portuqaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

"Braqa" türkiyəli futbolçunun keçidini həll edib. 21 yaşlı dayaq yarımmüdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Portuqaliyaya yola düşüb.

Qeyd edək ki, Demir Ege Tıknaz bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest