PSJ "Barselona"nın 18 yaşlı yarımmüdafiəçisi Dro Fernandesə müqavilə təklifi edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.

Bildirilir ki, oyunçu Kataloniya klubundan ayrılmağı planlaşdırır və parislilər vəziyyətdən istifadə etmək istəyir. Mümkün transferin 6 milyon avro olacağı gözlənilir.

PSJ-dən əlavə, "Çelsi", "Mançester Siti" və "Borussiya" da Fernandes ilə maraqlanır.

Qeyd edək ki, ispaniyalı futbolçu Kataloniya klubunun əsas komandasında 5 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest