14 Yanvar 2026, 17:51
MPL
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma Kaxaber Sxadadzenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ" və "Araz-Naxçıvan" yoxlama oyununda üz-üzə gəliblər.
Matc.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma Kaxaber Sxadadzenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı-qaralar"a qalibiyyəti gətirən qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl bir hazırlıq matçın keçirib. Bölgə təmsilçisi "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" isə əvəzedici komandasına 7 cavabsiz qolla qalib gəlib.







_1768406186.jpg)




