"Sarı-göylər" heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, "sarı-göylər" heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest