13 Yanvar 2026, 10:33
MPL
Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gələcək.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim məşq-toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə üz-üzə gələcək.
"Məhəmməd bin Zayed" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" Əbu-Dabidə keçirdiyi ilk hazırlıq matçında "Karyar"a 3:0 hesabı ilə qalib gəlib.


_1768305565.jpg)








_1768254899.jpg)
