"Qarabağ" Antalya toplanışı çərçivəsində bu gün ilk hazırlıq matçına çıxıb.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gəlib. Qarşılaşma Qurban Qurbanovun yetirmələrinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun qollarını Marko Yankoviç (2), Leandro Andrade, Joni Montiel və Nəriman Axundzadə vurub.

Qeyd edək ki, "Qarabağ" yanvarın 16-da Polşanın "Zaqlebie" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest