12 Yanvar 2026, 18:38
MPL
Saşa İliçin komandası Serbiyanın OFK (Belqrad) klubu ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Saşa İliçin komandası Serbiyanın OFK (Belqrad) klubu ilə qarşılaşıb. Matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisinin yeganə qolunu Aleksandr Ramalinqom vurub.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədəki ilk hazırlıq matçında Macarıstanın "Pakş" klubuna 1:5 hesabı ilə uduzub.












