07 Yanvar 2026, 10:33
MPL
“Qarabağ”ın yanvarın 9-da media nümayəndələri üçün açıq məşqi və brifinq təşkil olunacaq.
“Qarabağ”ın yanvarın 9-da media nümayəndələri üçün açıq məşqi və brifinq təşkil olunacaq.
Matc.az xəbər verir ki, saat 12:30-da “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq isə açıq məşqdən 10 dəqiqə əvvəl baş tutacaq.
Qeyd edək ki, komanda qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək.Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.












