"Fənərbaxça" qış "transfer pəncərəsi"ndə heyətini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İstanbul klubu İtaliyanın "Atalanta" klubunda çıxış edən Ademola Lukmanı heyətinə qatmağı hədəfləyir.

"Sarı-lacivərdlilər" artıq Berqamo təmsilçisi ilə əlaqə saxlayıb və 28 yaşlı hücumçunun mümkün transfer şərtləri müzakirə olunur.

Qeyd edək ki, nigeriyalı futbolçu bu mövsüm A Seriyasında 11 oyuna çıxaraq 2 qol vurub. O, 2022-ci ilin yayından bəri "Atalanta"nın şərəfini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest