07 Mart 2026, 10:38
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Matc.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşacaq.
Felksut şəhərindəki "Panço Arena"da təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə Saat 17:30-da başlanacaq matç "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
DÇ-2027
III qrup, seçmə mərhələ
7 mart
17:30. Macarıstan – Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
"Panço Arena"












