"Mançester Yunayted" və İngiltərə millisinin sabiq oyunçusu Cessi Linqard "Korintians"a keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilin sonuna qədər müqavilə imzalayıb və bu müqaviləyə daha 1 il müddətinə uzatmaq imkanı da daxildir. Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb.

Ötən ilin sonlarında oyunçu "Seul"dan ayrılıb. Linqard orada 66 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.

Avropada yarımmüdafiəçi doğma "Mançester Yunayted", "Vest Hem", "Nottinqem" və İngiltərə milli komandasındakı çıxışları ilə tanınır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest