"Borussiya"nın yarımmüdafiəçisi Yulian Brandt mövsüm bitdikdən sonra komandadan azad agent kimi ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, o, Dortmund klubu ilə yeni müqavilə barədə razılığa gələ bilməyib. 29 yaşlı futbolçunun karyerasının növbəti mərhələsi yaxın aylarda müəyyənləşəcək.

Qeyd edək ki, Brandt 2019-cu ilin yayında "Bayer"dən "Borussiya" 25 milyon avroya keçib.

Yarımmüdafiəçi bu mövsüm klubda 32 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest