Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.  

Matc.az xəbər verir ki, yarımfinala vəsiqə qazanacaq son iki komandanın adına aydınlıq gələcək.

İlk oyunda minimal hesabla uduzan "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.

"Sabah" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Bu cütün ilk görüşündə isə hesab açılmayıb.  

Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

5 mart (cümə axşamı)

14:30. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu

18:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest