"Mançester Yunayted" Fil Dişi Sahili və "Nottinqem Forest"in dayaq yarımmüdafiəçisi İbrahima Sanqare ilə maraqlanır. "Qırmızı şeytanlar"ın skautları onun fərdi mübarizələrdəki üstünlüyündən və təzyiq altında soyuqqanlı tərzindən təsirləniblər.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, 2023-cü ildə oyunçunu təxminən 35 milyon avroya alan "meşəçilər" daha yüksək qiymət müqabilində danışıqlara başlamaq niyyətindədir. "Nottinqem Forest"in 28 yaşlı futbolçu üçün 45-50 milyon avro istəməsi gözlənilir.

Qeyd edək ki, Sanqare bu mövsüm bütün yarışlarda 32 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 22 milyon avrodur.

O, Fil Dişi Sahili milli komandası ilə 2024-cü il Afrika Millətlər Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest