07 Mart 2026, 09:18
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizman MLS klubu "Orlando Siti"yə keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Hazırda Madrid klubu Qrizmanla yolları ayırmaq istəmir. "Orlando" isə yaya qədər gözləməyə hazırdır. Klublar arasında hücumçunun pulsuz transferi ilə bağlı danışıqlar davam edir.
Qrizmanın "Atletiko" ilə 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var. "Transfermarkt" fransız oyunçunun dəyərini 11 milyon avro qiymətləndirir.
Qeyd edək ki, cari mövsüm Qrizman 36 matçında meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Ümumilikdə, o, "Atletiko"nun heyətində 482 oyun keçirib, 210 qol vurub və 95 məhsuldar ötürmə edib.












