03 Yanvar 2026, 15:50
FUTBOL
Fransanın “Strasbur” klubunun baş məşqçisi Liam Rosenyor yaxın zamanda “Çelsi”ni çalışdıra bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
“Mavilər”in rəhbərliyi üçün ingiltərəli mütəxəssis istefaya göndərilən Entso Mareskanı əvəzləmək açan prioritet namizəddir. “Çelsi” komandanın yeni baş məşqçisini mümkün qədər tez təyin etmək niyyətindədir.
“Strasbur” Liam Rosenyorun rəhbərliyi altında Fransa Liqa 1-in turnir cədvəlində 16 oyundan sonra topladığı 23 xalla 7-ci pillədə qərarlaşıb.












