02 Yanvar 2026, 12:17
FUTBOL
"Roma" rəhbərliyi misirli hücumçu Məhəmməd Salahı "Liverpul"dan icarəyə götürmək imkanını araşdırır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tutto Mercato" yayıb.
Bildirilir ki, "Roma" 33 yaşlı Salahı transfer etməkdə böyük maraq göstərir, "Liverpul" isə hazırda onu yalnız cari mövsümün sonuna qədər icarəyə verməyə hazırdır. Bu variantın "Roma" üçün məqbul olduğu bildirilir, lakin Salahın yüksək maaşı - vergilər xaric ildə təxminən 24 milyon avro - müqavilənin başa çatmasına potensial maneə ola bilər.
Bu mövsüm Salah "Liverpul"da bütün yarışlarda 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.












