31 Dekabr 2025, 17:10
FUTBOL
"Real"ın müdafiəçisi Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşrri məlumat yayıb.
"Mançester Yunayted" İspaniyada ümidləri doğrulmayan ingiltərəli futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" Trent üçün 40 milyon avro ödəməyə hazırdır.
"Mançester Siti" və "Nyukasl" da 27 yaşlı sağ cinah müdafiəçisinin Madrid təmsilçisindəki durumunu yaxından izləyir.
Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan transfer edib. İngiltərə millisinin üzvü "kral klubu"nun heyətində 16 oyunda 3 qol ötürməsi edib.












