“Roma” “Cenoa”nın yarımmüdafiəçisi Morten Frendrupun mümkün transferi üçün faəliyyətini davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klublar arasında danimarkalı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqların yeni mərhələləri baş tutub. Tərəflər oyunçu mübadiləsi variantını da müzakirə edirlər. Xüsusilə, danışıqlarda Nikkolo Pizillinin adı hallanır. O, icarə əsasında “Cenoa”ya keçə bilər.

Danışıqlar davam edir və “Roma” 24 yaşlı futbolçunu qış transfer pəncərəsində orta xətti gücləndirmək üçün prioritet namizədlərdən biri kimi nəzərdən keçirir.

Qeyd edək ki, Morten Frendrup cari mövsümdə “Cenoa”nın heyətində 18 oyunda meydana çıxıb və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest