27 Dekabr 2025, 13:26
FUTBOL
"Mançester Siti" mərkəz müdafiəçisi Natan Akeni satışa çıxarıb. Onun namizədliyi "Real"a təklif olunub.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu 30 yaşlı futbolçunun potensial satışından 30 milyon avro istəyir. Mançester klubu Akeni azad agent kimi buraxmaq istəmir.
Lakin Madrid klubu hazırda "Mançester Siti"nin müdafiəçisinə az maraq göstərir. Niderlandlı futbolçu ilə "Barselona"da maraqlanır.
Qeyd edək ki, Ake 2020-ci ilin yayından bəri "Mançester Siti"də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 13 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.











_1766830533.jpg)
