"Real" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin transferində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Bildirilir ki, Tonalinin transferi Madrid klubunun yarımmüdafiəsini gücləndirmək üçün bir yol kimi nəzərdən keçirilir. "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri də namizdlər sırasındadır.

"Nyukasl" yarımmüdafiəçini 80 milyon ilə 100 milyon funt-sterlinq arasında qiymətləndirir.

Qeyd edək ki, Tonali bu mövsüm bütün yarışlarda 35 oyunda (bunlardan 30-u əsas heyətdə) iştirak edib və 5 məhsuldar ötürmə edib. "Transfermakrt"da futbolçunun dəyəri 75 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest