Yulian Brandt mövsümün sonunda "Borussiya"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Dortmund təmsilçisi almaniyalı hücumameyilli yarımmüdafiəçinin müqaviləsinin müddətini uzatmayacaq. Brandt yayda azad agent statusu ilə klubu tərk edəcək.

Almaniya millisinin üzvü karyerasını İtaliyada davam etdirə bilər. "İnter" 29 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Yulian Brandt bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest