"Kristal Pelas"ın baş məşqçisi komandayla yollarını ayırmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klubun çalışdırıcısı Oliver Qlasner mövsümün sonunda London klubundan ayrılmağı planlaşdırır.
Avstriyalı mütəxəssis isə başa çatan müqaviləsini yeniləmək niyyətində deyil. Buna səbəb hələ ötən yay klub rəhbərliyi və məşqçi arasında transfer siyasəti ilə bağlı yaranan ciddi fikir ayrılıqlarıdır.
Qeyd edək ki, Qlasnerin fevralda komandanı çalışdırmağa başlamasının ikinci ili tamam olacaq. Klub onun rəhbərliyi altında ötən mövsüm klub tarixində ilk böyük titulu olan İngiltərə Kubokunu, həmçinin ölkə Superkubokunu qazanıb. Məşqçi hazırda diqqətini mövsümü uğurla tamamlamağa yönəldib.












