26 Dekabr 2025, 18:57
FUTBOL
"Real" avstriyalı müdafiəçisi David Alabanın müqaviləsinin müddəti bitdikdən sonra bu yay klubdan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.
Bildirilir ki, hazırda oyunçu ilə Madrid klubu arasında heç bir dəyişiklik yoxdur və tərəflər müqavilənin uzadılması barədə rəsmi olaraq məlumat verməyiblər.
Alaba 2021-ci ilin yayında "Bavariya"dan "Real"a azad agent kimi qoşulub, lakin zədələr onun Madrid klubunda oynamasına imkan verməyib.
Bu mövsüm Alaba "Real"da dörd oyun keçirib və cəmi 145 dəqiqə meydanda olub. "Transfermarkt" onu 4 milyon avro dəyərində qiymətləndirir.












