“Roma” klubu paytaxtın Pyetralata rayonunda yerləşəcək yeni stadionunun layihəsini rəsmi olaraq tamamlayıb.

Matc.az xəbər verir ki, layihə Avropada tamaşaçı tutumuna görə ən böyük olacaq müasir idman arenasının inşasını nəzərdə tutur.

Stadionun memarlığı Roma ənənələrindən ilhamlanıb və simvolik elementləri müasir xətlərlə birləşdirir. Yeni arena çoxfunksiyalı məkanlara, ekoloji dayanıqlı həllərə, həmçinin mobilliyin yaxşılaşdırılması və şəhər infrastrukturuna inteqrasiyanı təmin edən tədbirlərə malik olacaq.

Klub Romanın meri Roberto Qualtyeri və yerli qurumlara göstərilən dəstəyə görə təşəkkürünü bildirib, yekun layihənin təqdim edilməsinin tikintinin başlanması yolunda mühüm addım olduğunu vurğulayıb. “Roma” həmçinin qeyd edib ki, yeni stadion Avro-2032 turnirinin oyunlarının keçiriləcəyi arenalardan birinə çevrilə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest