PSJ-nin baş məşqçisi Luis Enrike “Real”ın braziliyalı vingeri Vinisius Juniorun mümkün transferinə veto qoyub.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Fransa klubu hələ də “Real”la müqaviləsini uzatmayan 25 yaşlı futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyirdi. Əgər mövsümün sonuna qədər yeni anlaşma imzalanmasa, Madrid təmsilçisi onu yayda transferə çıxara bilər. Lakin PSJ bu yarışda iştirak etməyəcək.

Məhz Luis Enrike klub rəhbərliyini bu transferdən imtina etməyə razı salıb. İspaniyalı mütəxəssis Vinisiusun onun oyun modelinə uyğunlaşa biləcəyinə şübhə ilə yanaşır, eyni zamanda braziliyalı futbolçunun müdafiədəki işindən narazıdır. PSJ-nin prezidenti Nasser Əl-Xəlifinin isə vingerin istedadını yüksək qiymətləndirdiyi bildirilir. Lakin Enrikenin mövqeyi həlledici hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest