26 Dekabr 2025, 14:59
FUTBOL
PSJ-nin hücumçusu Usman Dembele nüfuzlu "L'Équipe" nəşrinin versiyasına görə Fransada ilin ən yaxşı idmançısı seçilib.
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu mükafat uğrunda mübarizədə 803 xal toplayaraq üzgüçü Leon Marşanı (661 xal) və yelkənli idman növü üzrə təmsilçi Çarli Daleni (380 xal) qabaqlayıb.
İlin ən yaxşı 10 idmançısı siyahısına daha bir futbolçu da daxil olub və o da PSJ-ni təmsil edir. Söhbət 71 xal toplayaraq doqquzuncu yeri tutan hücumçu Dezirə Dueydən gedir.
Qeyd edək ki, Dembele bu mövsüm 18 oyunda meydana çıxaraq 6 qol vurub və 5 məhsuldar ötürmə edib. O, həmçinin “Qızıl top” mükafatına layiq görülüb. Duenin hesabında isə 19 oyun, 6 qol və 4 məhsuldar ötürmə var.












