İcarə əsasında "Mets"də çıxış edən Giorgi Tsitaişvili Avropada bir çox klubun transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur məlumat yayıb.

"Lion", "Lill", "Napoli", "Latsio" və Vilyarreal" gürcüstanlı vingeri transfer etmək istəyir. Adıçəkilən klublar 25 yaşlı futbolçu üçün onun müqavilə ilə məxsus olduğu Kiyev "Dinamo"su ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Giorgi Tsitaişvili bu mövsüm "Mets"in heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest