"Milan" Kristofer Nkunku ilə yollarını ayırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

A Seriyası nəhənginin məşqçilər korpusu fransalı hücumçunun performansından məmnun deyil. Klub yanvar ayında 28 yaşlı forvard üçün gələn təklifləri dəyərləndirəcək. "Rossoneri" təcrübəli oyunçunun satışından 30-35 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, "Milan" Kristofer Nkunkunu yayda "Çelsi"dən 37 milyon avroya transfer edib. O, komandanın heyətində keçirdiyi 20 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest