26 Dekabr 2025, 11:55
FUTBOL
Əlcəzair yığması Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən oyunda Sudanı məğlub edib - 3:0.
Matc.az xəbər verir ki, “Əl-Əhli”nin vingeri Riyad Mahrez bu qarşılaşmada dubl edərək fərqlənib.
Beləliklə, 34 yaşlı əlcəzairli futbolçu Afrika Millətlər Kubokunun final mərhələsi oyunlarında milli komandanın tarixində ən məhsuldar bombardirə çevrilib. Onun aktivində 8 qol var. Riyad bu göstərici ilə 6 qolu olan Lahdar Bellumini geridə qoyub.
Qeyd edək ki, Mahrez həmçinin Əlcəzair yığmasında keçirilən oyunların sayına görə mütləq rekorda yaxınlaşır. Onun hesabında 108 matç var. Rekord isə 111 oyunla Aissa Mandiyə məxsusdur.












